Birləşmiş Ərəb Əmirliklərində yaşayan türkiyəli cinayətkar təşkilatın lideri Sedat Peker universitetdən məzun olub.
Bakıvaxtı.az xəbər verir ki, Peker BƏƏ-də universitetlərin birində Beynəlxalq Əlaqələr fakültəsini bitirib.
53 yaşlı Sedat Peker Türkiyədə Kadıköy İntaş Liseyində təhsil alıb. Qırmızı bülletenlə beynəlxalq axtarışda olan təşkilat liderinin fakültəsinin adı maraq doğurub.