• Bakı C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Vuçiç Rutte ilə Balkan yarımadasındakı vəziyyəti müzakirə edib

DÜNYA

04 Mart 2025 | 00:36

Vuçiç Rutte ilə Balkan yarımadasındakı vəziyyəti müzakirə edib

Serbiya Prezidenti Aleksandar Vuçiç NATO Baş katibi Mark Rutte ilə telefon danışığı zamanı Belqradın alyansla ikitərəfli münasibətlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A.Vuçiç sosial şəbəkədəki hesabında məlumat yayıb.

O qeyd edib ki, tərəflər gələn ay Brüsseldə də şəxsən görüşmək barədə razılığa gəliblər.

"NATO Baş katibi Mark Rutte ilə Qərbi Balkandakı vəziyyət, ikitərəfli münasibətlərlə bağlı uzun və səmimi söhbət etdim. Biz hər ikimiz regionda məsuliyyətli və ciddi davranışın vacibliyini qeyd etdik, sülhün qorunmasında bu regionda yaşayan bütün insanların maraqlı olduğunu vurğuladıq", - paylaşımda deyilir.

Serbiya lideri hərbi neytrallığı saxlamaq öhdəliyinə, eləcə də istənilən təhlükəyə qarşı döyüş hazırlığının saxlanılmasının vacibliyinə diqqət çəkib.


SON XƏBƏRLƏR

03 Mart 2025