• Bakı C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Zelenskidən ABŞ-la bağlı yeni mövqe

DÜNYA

04 Mart 2025 | 00:48

Zelenskidən ABŞ-la bağlı yeni mövqe

Ukrayna bütün tərəfdaşları ilə əməkdaşlığı davam etdirir və sülhün əldə olunmasında ABŞ-ın dəstəyinə çox ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ötən gün axşam saatlarında X hesabında yazıb.

"Biz Amerika və avropalı tərəfdaşlarımızla birlikdə işləyirik və ABŞ-ın sülh yolunda dəstəyinə çox ümid edirik. Sülh mümkün qədər tez lazımdır", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna artıq tərəfdaşları ilə danışıqlar aparıb və yaxın gələcəkdə digər addımları da planlaşdırır.

Zelenski qeyd edib ki, hazırda Ukrayna diplomatiyasını bu müharibəni mümkün qədər tez bitirmək üçün həqiqətən də məzmunlu etməyə çalışmaq çox vacibdir.


SON XƏBƏRLƏR

03 Mart 2025