• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Türkiyəyə qarşı təxribat: səfirlik önündə Quran yandırıldı

DÜNYA

02 Fevral 2025 | 00:50

Türkiyəyə qarşı təxribat: səfirlik önündə Quran yandırıldı

Danimarkanın sağçı ekstremist Hardline Partiyasının lideri Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran yandırma aksiyası keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paludan özü məlumat verib.

Onun sözlərinə görə, İsveçdə Quran yandıran tədbirin təşkilatçısı Salvan Momikə hücum edildikdən sonra Danimarka polisi ona bu cür nümayişlər keçirməyi qadağan edib. Paludan vurğulayıb ki, Kopenhagendə tədbir onun şərəfinə keçirilib.

Qeyd edək ki, iraqlı qaçqın Momikaya hücum yanvarın 29-da baş verib. Onun meyiti İsveçin Sodertalye şəhərində tapılıb. Hadisə ilə bağlı polis 5 nəfəri saxlayıb.

Momikanın milli mənsubiyyətinə görə nifrət salmaq ittihamı ilə mühakimə olunması nəzərdə tutulsa da, baş verənlərə görə məhkəmə təxirə salınıb.


SON XƏBƏRLƏR

02 Fevral 2025