• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Antiteror tədbirlərində qınına çəkilmiş bəzi qüvvələr yenidən fəallaşıb - Deputat

SİYASƏT

29 Noyabr 2024 | 11:34

Antiteror tədbirlərində qınına çəkilmiş bəzi qüvvələr yenidən fəallaşıb - Deputat

"Vətən müharibəsi və antiterror tədbirləri ilə, eləcə də COP-da əldə olunan nəticələrlə Azərbaycan cənab İlham Əliyevin təbirincə desək, elə daşları yerindən tərpədib ki, təcavüzkar qütb hələ də bizdən əl çəkmək istəmir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, antiteror tədbirlərinin ardınca qınına çəkilmiş, lakin aylar sonra - COP ərəfəsində yenidən “dirçələrək” monitorinqlərə başlayan Aİ-nim Ermənistandakı “müşahidə missiyası”nın səylərinin puça çıxmasının ardınca tədbirdən sonra Ermənistan-Azərbaycan şərti sərhədlərində yenidən fəallaşması ancaq revanş missiyasına start verdiyini göstərir

."Çox təssüflər olsun ki, bu prosesdə bəzi beynəlxlaq subyektlərin rəhbərləri vəzifə öhdəliklərinin və öz xalqlarının milli maraqlarını nəzərə almadan bu prosesdə alət kimi istifadə olunur. Polşa prezidentinin Aİ təxribat missiyasının binokl şousunda iştirak etməsi bu mənada təəssüf doğurur".

Mina Mikayılova


SON XƏBƏRLƏR