• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Macarıstan Aİ-də səsvermə hüququndan məhrum ediləcək?

DÜNYA

13 Yanvar 2024 | 11:00

Macarıstan Aİ-də səsvermə hüququndan məhrum ediləcək?

Avropa Parlamentinin azı 120 üzvü Macarıstanın Avropa İttifaqı daxilində səsvermə hüququndan məhrum edilməsini tələb edən birgə məktub imzalayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Finlandiyadan olan Xristian Demokrat Avropa Parlamentinin (AP) üzvü Petri Sarvamaa başçılıq etdiyi birgə məktubda Macarıstan uzun müddətdir ki, qanunun aliliyi prinsipini aşındırdığına və son zamanlar qərar qəbul etmə prosesinə xələl gətirən hərəkətlərə görə tənqid olunur.  AP-nin hərəkətə keçmək məcburiyyətində qaldığı bildirilir.

Məktubda üzv dövlətləri Aİ dəyərlərini qorumaq üçün Macarıstana qarşı lazımi sanksiyaları tətbiq etməyə, o cümlədən onu Aİ Şurasında səsvermə hüququndan məhrum etməyə çağırır.

AP-nin bu addımı məcburi olmasa da, Ukraynaya 50 milyard avroluq maliyyə yardımının təsdiqlənməsi üçün fevralda keçirilməsi planlaşdırılan Aİ sammiti öncəsi Macarıstanın baş naziri Viktor Orbana təzyiqi artırmaq məqsədi daşıyır.

Bir ölkənin Aİ-də səsvermə hüququndan məhrum edilməsi üzv ölkələrin üçdə ikisinin və 705 üzvlü Avropa Parlamentinin əksəriyyətinin təsdiqi ilə hüquqi cəhətdən mümkün olsa da, belə bir formulun həyata keçirilməsi ehtimalı görünmür. Çünki bu qərar birliyin ruhuna ciddi zərbə vura bilər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026