• Bakı 19° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ukraynaya PUA hücumu

DÜNYA

12 Fevral 2024 | 09:01 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynaya PUA hücumu

Fevralın 12-nə keçən gecə Rusiya ordusu “Şahed-136/131” tipli 17 hücum PUA-sı ilə Ukrayna ərazisinə hücum ediblər.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Rusiya ordusu həmçinin Kh-59 idarə olunan təyyarə raketi (Zaporojye vilayətindən) və S-300 zenit raketləri (Rusiya Federasiyasının Belqorod vilayətindən) ilə də Ukraynaya hücum ediblər.

Xmelnitski, Vinnitsa, Kirovoqrad, Nikolayev, Dnepropetrovsk və Zaporojye vilayətləri daxilində 14 pilotsuz uçan aparatı və X-59-u məhv edilib. Hücumun dəf edilməsinə Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qruplarının bölmələri cəlb olunub.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026