• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukraynanın Krivoy Roq şəhəri raketlə vuruldu - Ölənlər var

DÜNYA

13 Mart 2024 | 01:06 | Müəllif: Subhan Mahmudov

Ukraynanın Krivoy Roq şəhəri raketlə vuruldu - Ölənlər var

Martın 12-də Ukraynanın Krivoy Roq şəhərində hündürmərtəbəli binanın raketlə vurulması nəticəsində dinc sakinlər arasında həlak olanlar var.

Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko ölən mülki şəxslərin sayının azı 3 nəfər olduğunu, 38 nəfərin isə yaralandığını deyib.

“3 ölü, 38 yaralı var. Xəsarət alan uşaqlar var. Lakin bu rəqəmlər yekun deyil, çünki axtarış-xilasetmə işləri davam edir", - deyə nazir bildirib.

Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakının verdiyi məlumata görə, xəsarət alanlardan artıq 7-si uşaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026