• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynanın AB üzvlüyü ilə bağlı mühüm QƏRAR

DÜNYA

13 Mart 2024 | 00:51 | Müəllif: Subhan Mahmudov

Ukraynanın AB üzvlüyü ilə bağlı mühüm QƏRAR

Avropa Komissiyası martın 12-də Ukraynanın Avropa Birliyinə üzvlük üçün danışıqlar çərçivəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bəyanatla çıxış edib.

"Avropa Komissiyası Ukraynanın Avropa Birliyinə üzv olması ilə bağlı danışıqlar formatını təsdiqləyib. Müvafiq təkliflər AB Şurasına təqdim edilib", - deyə Baş nazir bildirib.

Şmıqal qeyd edib ki, Ukrayna danışıqların başlanmasına və Avropa Birliyinin üzvlüyünə bir addım yaxınlaşıb:

"Bu addım Ukraynanın nailiyyətlərinin, bizim transformasiyamızın və Ukraynanın mütləq AB-nin üzvü olacağı faktının sübutudur. Hökumətimizin prioriteti bunun mümkün qədər tez baş verməsinə əmin olmaqdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026