ABŞ İsrailə silah və sursat tədarükünə məhdudiyyətlər qoymaq niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan İsrailə məhdudiyyətlərin olub-olmaması ilə bağlı ünvanlanan sualı şərh edərkən bildirib.
“Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, haqqında danışdığınız addımlar bizim cari siyasətlərimizə daxil deyil”, - Sallivan qeyd edib
















