• Bakı 10° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Yəməndə Britaniya gəmisi raket atəşinə tutuldu

DÜNYA

12 Fevral 2024 | 10:34

Yəməndə Britaniya gəmisi raket atəşinə tutuldu

Yəmənin Əl-Muxa liman şəhərindən 40 dəniz mili cənubda, Qırmızı dənizdə Böyük Britaniyanın ticarət gəmisi hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) “X” sosial şəbəkəsində məlumat yayıb.

Gəmi kapitanı iki raket atəşinə məruz qaldıqlarını bildirib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Məlumata görə, hazırda gəmi dəniz limanına doğru hərəkət edir.

UKMTO digər gəmilərin ekipajlarını Yəmən sahillərində hərəkət edərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.


SON XƏBƏRLƏR

13 Mart 2025