• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiya nüvə müharibəsinə hazırdır - Putin

DÜNYA

13 Mart 2024 | 09:20

Rusiya nüvə müharibəsinə hazırdır - Putin

Hərbi-texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “RİA Novosti”yə müsahibəsində bildirib.

Jurnalist Dmitri Kiselevin sualını cavablandıran dövlət başçısı Strateji Nüvə Qüvvələrinin “daim döyüş hazırlığı vəziyyətində” olduğunu təsdiqləyib.

Putin xatırladıb ki, ABŞ prezidenti Co Bayden ənənəvi siyasi məktəbin nümayəndəsidir. Lakin ABŞ-ın Rusiya-Amerika münasibətləri və strateji təmkin sahəsində kifayət qədər başqa mütəxəssisləri var:

“Buna görə də mən düşünmürəm ki, burada hər şey o qədər də tələskəndir, amma biz buna (nüvə müharibəsi) hazırıq”.

O, Moskvanın hansı halda nüvə silahından istifadə etməyə hazır olduğunu da izah edib: Söhbət Rusiya dövlətinin mövcudluğundan gedir.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026