Müharibələr kiber sferaya keçəcək və zehni xarakter alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu süni intellekt sahəsində aparıcı ekspertlərdən biri İqor Kalyayev bildirib.
Onun sözlərinə görə, əlbəttə ki, kiber sferaya keçid bəşəriyyət üçün bir sıra danılmaz faydalar gətirir, insanları monoton və ağır işdən azad edir, istehsal və kənd təsərrüfatının səmərəliliyini, tibbi xidmətin səviyyəsini və s. Artırır:
“Amma, digər tərəfdən kiber sferaya keçid bütün bəşəriyyət üçün təhlükəli, gözlənilməz nəticələrə gətirib çıxara biləcək bir sıra qlobal problemlərə səbəb olur”.
Kalyayevin fikrincə, kibersferanın ən təhlükəli təzahürlərindən biri insan şüurunun məqsədyönlü şəkildə idarə edilməsidir.
Alim qeyd edib ki, bu, xüsusən də saxtakarlıqlar, insani və mədəni dəyərlərin əvəzlənməsi, geniş yayılmış dezinformasiya, ikili standartların möhkəmlənməsi yolu ilə edilə bilər:
“Bütün bunlar yeni bir müharibə növünün, yəni zehni müharibənin göstəriciləridir".
Günəş Mərd
















