İslamçı HƏMAS qrupu Əl Ərəbiyyə telekanalının 12 martda Qəzza zolağında atəşkəs razılaşması barədə xəbərini təkzib edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə hərəkatın rəsmi Telegram kanalında məlumat verilib .
“Əl-Ərəbiyyə telekanalı HƏMAS-dakı yüksək rütbəli mənbəyə istinadən yaydığı məlumatda, hərəkatın Qəzzada davamlı atəşkəsin təqdim edilməsi və köçkünlərin tədricən geri qaytarılması da daxil olmaqla, beynəlxalq təklif aldığı, doğru deyil”.
HƏMAS-ın razılaşmanın təfərrüatlarını hazırlamaq üçün Qahirəyə nümayəndə heyəti göndərməsi ilə bağlı məlumatlar da təkzib edilib.
Qeyd edək ki, martın 12-də Əl Ərəbiyyə telekanalı HƏMAS-ın Qəzza zolağında ABŞ-ın atəşkəs təşəbbüsü ilə razılaşdığını bildirib.Bu sövdələşmədə məcburi köçkünlərin tədricən geri qayıtması da nəzərdə tutulurdu.
Mina Mikayılova
















