Bir-birinin ardınca yayılan zəlzələ xəbərləri Türkiyəni bütün gecə sarsıdıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, bu yaxınlarda Çanaqqalanın Yenice rayonunda baş verən 4,9 bal gücündə zəlzələdən sonra baş verən təkanlar vətəndaşlara qorxu anları yaşadıb.
AFAD ötən gecə Bigada yeraltı təkanın olduğunu bildirib. Yeraltı təkanın maqnitudasının 3.5 olduğu açıqlanıb.
Sivasın Divriği rayonunda axşam saatlarında başlayan yeraltı təkanlar gecə boyu davam edib. Kiçik miqyaslı zəlzələləri hiss edən rayon əhalisi qorxu hissi keçirib. Saat 01:00 radələrində episentri olan Güründə zəlzələ olub. AFAD ölçüsünü 3.2 olaraq açıqlayıb.
Hakkaridə son günlər tez-tez baş verən zəlzələlər də yerli əhalini təşvişə salıb. Bölgədə artçı təkanlar davam edərkən, AFAD-dan açıqlama verilib.
Məlumata görə, dünən Hakkaridə 3 yeraltı təkan baş verib.
Zəlzələ rayondan 50 kilometr aralıda yerləşən Dağlıca kəndində daha çox hiss olunub.
Murad Məmmədli
















