• Bakı 13° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Apreldə bu tarixlərdə meteor yağışı müşahidə olunacaq

CƏMİYYƏT

08 Aprel 2025 | 11:48

Apreldə bu tarixlərdə meteor yağışı müşahidə olunacaq

Aprelin 15-dən 28-dək “π-Puppid” meteor yağışı müşahidə olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.

“π-Puppid” (Pi-Göyərtə) meteor yağışı 1972-ci ildə kəşf edilən “26P/Grigg-Skjellerup” kometi ilə əlaqələndirilir. Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.

“π-Puppid” meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.


SON XƏBƏRLƏR

16 Aprel 2025