• Bakı 17° C

    7.02 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

AQTA: İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb

    CƏMİYYƏT

    18 Mart 2025 | 10:31

    AQTA: İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb

    Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

    Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.

    Uyğunsuzluq aşkarlanan məhsullarla linki vasitəsilə tanış olmaq mümkündür.

    Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.


    SON XƏBƏRLƏR