• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Övladımın məzarını ziyarət edə bilməmişəm" - VİDEO

CƏMİYYƏT

17 Aprel 2025 | 09:40

Övladımın məzarını ziyarət edə bilməmişəm - VİDEO

"Xəyyam kimi oğul itirmək özü böyük dərddir".

Bakıvaxtı.az Xəzər TV-yə istinadən məlumat verir ki, bu sözləri mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva deyib.

O, hələ də övladının məzarını ziyarət edə bilmədiyini söyləyib:

"Ayaqlarım yerimir, qollarım ağrıyır. Bu yaşda necə gedim? Biz çox tez ayrıldıq. Hələ 47 yaşı tamam olmamışdı, bizi tez tərk etdi. Otağı necə varsa, elə də qalıb. Elə bilirəm, indi o otaqdan çıxacaq və soruşacaq ki, "Ana, necəsən?". Onu həmişə gözləyirdim ki, evə gəlsin, sonra yatım. İndi də gözləyirəm ki, balam gəlsin.

Hələ məzarına gedə bilməmişəm. Şəklini görmüşəm, yalvarmışam ki, qayıt, gəl evimizə. Amma gəlməyib. Doymamış getdik bir-birimizdən".

Qeyd edək ki, ötən ilin dekabrında vəfat edən Xəyyamın ürəyində problem var idi.


SON XƏBƏRLƏR

18 Aprel 2025