• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

AQTA və Çin nümayəndə heyətləri arasında görüş keçirilib

CƏMİYYƏT

12 Oktyabr 2021 | 18:07 | Müəllif: Subhan Mahmudov

AQTA və Çin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Çin Xalq Respublikası Gömrük Baş İdarəsinin İdxal və İxrac Qida Təhlükəsizliyi Bürosunun nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Videokonfrans formatında keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın inkişaf perspektivləri və görüləcək işlər müzakirə olunub.

Tədbirdə qida məhsullarının idxal-ixracı əməliyyatları və ölkəmizdən Çin Xalq Respublikasına qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixrac potensialı, həmçinin müvafiq sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026