• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Zəfər" yarmarkasında 65 min manata yaxın vəsait toplanıb

CƏMİYYƏT

11 Noyabr 2021 | 16:11

"Zəfər" yarmarkasında 65 min manata yaxın vəsait toplanıb

Dənizkənarı Bulvar ərazisində təşkil olunan "YAŞAT" Fondunun "Zəfər" yarmarkası başa çatıb.

Fonddan Bakıvaxtı.az-a verilən məlumata görə, ümumilikdə 12 gün ərzində yarmarka müddətində toplanmış 64 558.58 AZN (altmış dörd min beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) vəsait Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.

Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan və 29 oktyabr - 9 noyabr tarixini əhatə edən yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub.

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olub.

Müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı gerçəkləşib. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilib. Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təşkil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026