• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gömrükçülər 242 kiloqramdan çox heroin aşkarladılar

CƏMİYYƏT

11 Dekabr 2021 | 15:05 | Müəllif: Subhan Mahmudov

Gömrükçülər 242 kiloqramdan çox heroin aşkarladılar

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri tərəfindən əməliyyat həyata keçirilib.

Naxçıvan Gömrük Komitənin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Belçika Krallığına gedən 36-AA-961 dövlət nömrə nişanlı "Scania" markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib və nəqliyyat vasitəsinin sürücü tərəfindəki yanacaq çənində şübhəli təsvirlər olduğundan əsaslı yoxlamaya cəlb olunub.

Gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram olan narkotik vasitə heroin aşkar olunub.

Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026