“Bu ilin yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı ümumi 102 nəfər müraciət edib”.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavabında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, yanvar ayının 10-dək 34 nəfər dəm qazı zəhərlənməsi ilə müraciət edib: "Müraciət edənlərdən bir nəfər ölüb".
A.Maqsudov qeyd edib ki, 33 nəfər alkoqoldan, 16 nəfər dərmandan, 9 nəfər göbələkdən, 9 nəfər allergiyadan, bir nəfər isə sirkədən zəhərlənib.
Aytac Aslan
















