• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Nazir müavini vitse-prezident oldu, icra başçısı vəzifəsini itirdi

CƏMİYYƏT

09 Fevral 2022 | 13:16

Nazir müavini vitse-prezident oldu, icra başçısı vəzifəsini itirdi

Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlidir. Həmçinin əvvəlki rəhbərliyin dövründə vitse-prezident kimi fəaliyyət göstərmiş Məhərrəm Talıbov işinə davam edəcək.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və əvvəl federasiyanın vitse-prezidenti olmuş Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

Xatırladaq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu dəfə vitse-prezident seçilməyib.

İdarə Heyətinə üzv seçilən Fuad Hacıyev isə həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidentlərindən biridir.

Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Boks Federasiyasına prezident seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026