“Azərbaycanda qadın məhkumların saxlandığı cəzaçəkmə müəssisəsi və yetkinlik yaşına çatmayan şəxslərin tərbiyə müəssisəsinin yeni binası açılışa hazırdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O qeyd edib ki, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması məqsədilə penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
“Arzulayırıq ki, sözügedən bina boş qalsın", - deyə A.Sabitova bildirib.
Ramid İbrahimov
















