• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda narkomanların yeni məskəni - VİDEO

CƏMİYYƏT

09 Fevral 2022 | 14:17 | Müəllif: Subhan Mahmudov

Bakıda narkomanların yeni məskəni - VİDEO

Bakıda yaşayış binalarından birinin bloku narkotik istifadəçilərinin məskəninə çevrilib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Zivərbəy Əhmədbəyov 39 ünvanından gedir.

Belə ki, sözügedən ünvanda yerləşən beşmərtəbəli binalardan birində yaşayan vətəndaşın lentə aldığı görüntülərə görə, narkotik maddə qəbul edən şəxs blokda huşsuz vəziyyətdə qalıb.

Vətəndaş paylaşımda onu da qeyd edib ki, binanın giriş qapısına kod qoyulsa da, narkotik istifadəçiləri bir yol tapıb içəri daxil olurlar:

“Bu gün uşaqları məktəbə yola salıb qayıtdıqdan sonra gördük ki, blokda narkoman yatıb. İnanın daha bezmişik onların əlindən. Azyaşlı uşaqlarımız var. Evə gəlib-gedəndə uşaqları qorxudarlar deyə narahat oluruq. Nə edəcəyimizi bilmirik”.   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026