• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Şirvan sakinindən külli miqdarda heroin aşkarlanaraq götürülüb

CƏMİYYƏT

10 Yanvar 2022 | 14:41 | Müəllif: Subhan Mahmudov

Şirvan sakinindən külli miqdarda heroin aşkarlanaraq götürülüb

Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yadigar Məmmədov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı külli miqdarda heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR