• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda TRT-1-in yayımı NİYƏ DAYANDIRILDI?

CƏMİYYƏT

10 Yanvar 2022 | 14:10

Azərbaycanda TRT-1-in yayımı NİYƏ DAYANDIRILDI?

Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq “Teleradio” İstehsal Birliyindən bildirilib.

Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.

“Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib”, - İB-dən bildirilib.

Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026