• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Marallar da "omikron"a yoluxdu

CƏMİYYƏT

09 Fevral 2022 | 08:58 | Müəllif: Qalib İbrahimoğlu

Marallar da "omikron"a yoluxdu

ABŞ-da ağ quyruqlu marallar koronavirusun "omikron" ştamına yoluxan ilk vəhşi heyvan olublar.

Bakıvaxtı.az “Lenta.ru”ya istinadla xəbər verir ki, Pensilvaniya Universitetinin alimlərinin 131 heyvandan 19-da koronavirus testinin nəticəsinin pozitiv olduğunu aşkarlayıb.

Sonrakı araşdırma "omikron"un heyvanlar arasında yayıldığını göstərib. Hazırda koronavirusun bu variantı 15 ştatdakı marallarda aşkar edilib.

Mütəxəssislər maralların COVID-19-a insanlardan yoluxduğunu müəyyən ediblər (apa). Hazırda virusun heyvanlardan insanlara keçə biləcəyinə dair heç bir sübut yoxdur. Lakin ekspertlər belə halların koronavirusun yeni mutasiyalarına səbəb ola biləcəyindən narahatdırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026