• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu tarixdə pensiyalar artımla ödəniləcək

CƏMİYYƏT

09 Fevral 2022 | 09:51

Bu tarixdə pensiyalar artımla ödəniləcək

Fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək. Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardım rüblər üzrə bölünəcək və yardımın ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026