• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Daha iki məktəb əyani tədrisə qayıtdı

CƏMİYYƏT

09 Fevral 2022 | 09:22

Daha iki məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 27 və 42 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026