• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Orumuzda COVID-19-a qarşı ciddi mübarizə aparılır - Müdafiə Nazirliyi

CƏMİYYƏT

11 Dekabr 2021 | 16:02 | Müəllif: Qalib İbrahimoğlu

Orumuzda COVID-19-a qarşı ciddi mübarizə aparılır - Müdafiə Nazirliyi

Hərbi Tibb Fakültəsinin rezidenturasında təhsil alan hərbi həkimlərin növbəti buraxılış mərasimi keçirilib.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunların respublikanın aparıcı professor müəllimlərindən dərs aldıqlarını, Vətən müharibəsi dövründə hərbi həkimlərlə birlikdə rezidentlərin də cəbhə bölgəsinə ezam olunaraq yaralı hərbi qulluqçulara ilkin tibbi yardım göstərdiklərini qeyd ediblər.

COVID-19 pandemiyasına qarşı ordumuzda da ciddi mübarizə aparıldığı, bu sahədə kursantlar, rezidentlər və həkimlərin əvəzsiz xidmətləri olduğu xüsusi vurğulanıb.

Tədbirin sonunda rezidentlərin təhsil müddətində ixtisasları üzrə apardıqları cərrahiyyə əməliyyatları və müalicə zamanı lentə aldıqları çəkilişlərdən ibarət qısametrajlı videoçarx nümayiş etdirilib.


Orumuzda COVID-19-a qarşı ciddi mübarizə aparılır - Müdafiə NazirliyiOrumuzda COVID-19-a qarşı ciddi mübarizə aparılır - Müdafiə NazirliyiOrumuzda COVID-19-a qarşı ciddi mübarizə aparılır - Müdafiə NazirliyiOrumuzda COVID-19-a qarşı ciddi mübarizə aparılır - Müdafiə Nazirliyi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026