• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gələn il uşaq pulu nə qədər olacaq? - AÇIQLAMA

CƏMİYYƏT

11 Noyabr 2021 | 16:42

Gələn il uşaq pulu nə qədər olacaq? - AÇIQLAMA

Bir çox ölkədə 2022-ci ildən etibarən dövlət büdcəsinə uyğun olaraq uşaqlara görə verilən müavinətlər artırılacaq. Azərbaycanda isə bu problem hələ də aktual olaraq qalır.

Bəs gələn il uşaq pulu nə qədər olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-averdiyi açıqlamada bildirib ki, Azərbaycanda uşaq pulu ilə bağlı məsələ fundamental olaraq həllini tapmır:

"Hökumətin rəsmiləri müxtəlif adlar altında ildə, təqribən, dörd yüz milyondan  beş yüz milyona qədər vəsaitin sosial müdafiədə uşaqlara yönəldiyini söyləyirlər. Amma bunu doğuşla bağlı birdəfəlik müavinat və sosial müavinat alan çoxuşaqlı ailələrdə uşağın sayına görə deyirlər. Bu, pərakəndə şəkildə həyata keçirilir. İnsanlar üçün əsas məsələ uşaqlara görə hər ay konkret bir məbləğin ayrılmasıdır. Bu bir həll yolu ola bilərdi, amma, təəssüf ki, Azərbaycan hökuməti tərəfindən bu addımlar gecikdirilir. Axır-əvvəl mütləq belə bir sistemə keçmək lazım olacaq. Çünki artıq dünyada bu trend getdikcə daha çox yüksəlir. Uşaqların sağlamlığı, onların sosial məsələlərinin həlli artıq dünyada dövlət siyasətinin tərkib hissəsinə çevrilir. Buna görə Azərbaycanda da gec-tez buna bənzər addımların atılmasını görəcəyik. Amma, təəssüf ki, ən azından gələn ilin büdcəsində hələki bununla bağlı konkret hansısa addımların atılacağını söyləmək mümkün deyil".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026