APA-nın məlumatına görə, çayda batan şəxslər ata və oğlu olub.
Bakıvaxtı.az xəbər verir ki, çayda çimərkən boğulanlar 33 yaşlı Əliyev Asif Ələsgər oğlu və onun 4 yaşlı övladı Əliyev Rəvan Asif oğludur.
Bir müddət əvvəl atanın meyiti sudan çıxarılsa da, azyaşlının meyitinin axtarışları davam etdirilir. /APA
16:51
İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
16:17
Araz çayında biri uşaq olmaqla 2 nəfər batıb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.
"Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub", - məlumatda qeyd edilib.
















