“Araz Su Elektrik Stansiyası” yaxınlığında meyit aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri, 1967-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Suvarov Şahsuvar Qasım oğlunun “Araz Su Elektrik Stansiyası” yaxınlığında meyitinin aşkarlanması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilaaediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə İstintaq orqanına təhvil verilib.
İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən sonuncunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.