• Bakı 24° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

"Arsenal" Uilyam Saliba üçün azı 150 milyon avro tələb edir

İDMAN

09 Iyul 2026 | 20:24

Arsenal Uilyam Saliba üçün azı 150 milyon avro tələb edir

"Real Madrid", "PSJ" və "Barselona" "Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba ilə maraqlanır.

Bakıvaxtı.az "Caught Offside"a istinadən xəbər verir ki, "Topçular" oyunçu üçün azı 150 milyon avro tələb edirlər.

Məlumata görə, bu məbləğ "Barselona" üçün yüksəkdir. "Real" və "PSJ" daha böyük imkanlara malikdir, lakin "Arsenal" Salibanı adları çəkilən klubların heç birinə satmaq niyyətində deyil.

Ötən mövsüm 25 yaşlı Saliba bütün turnirlərdə 50 oyunda iştirak edib və həmin matçlarda o, bir qol və bir məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun klubla qüvvədə olan əmək müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" futbolçunu 100 milyon avro dəyərində qiymətləndirir.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR