İspaniyalı mütəxəssis Mikel Arteta İngiltərənin "Arsenal" klubunun tarixinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu, "topçular"ın Premyer Liqanın XIV turunun oyununda evdə "Mançester Yunayted"i məğlub etməsi (2:0) sayəsində mümkün olub.
O, Premyer Liqada "qırmızı şeytanlar"a ardıcıl 4 matçda qalib gələn londonluların ilk baş məşqçidir.
Bundan əlavə, Arteta çempionatda "Mançester Yunayted"ə qarşı 5 və ya daha çox oyun keçirən mütəxəssislər arasında ən yüksək qələbə faizinə (70 faiz) sahibdir. Baş məşqçi bu rəqiblə 10 duelin 7-dən qalibiyyətlə ayrılıb.
Qeyd edək ki, "Arsenal" 14 oyundan sonra Premyer Liqada 28 xalla üçüncü, "Mançester Yunayted" 19 xalla 11-ci pillədə qərarlaşıb.