• Bakı 16° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Asiya İnkişaf Bankından Azərbaycanın COP29-a ev sahibliyi etməsinə münasibət

SİYASƏT

04 May 2024 | 15:22

Asiya İnkişaf Bankından Azərbaycanın COP29-a ev sahibliyi etməsinə münasibət

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

“Ötən il Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-cu sessiyasında (COP28) gördüyümüz kimi, COP sədri seçilmək əslində ev sahibi ölkəyə iqlim dəyişikliyinin təsirlərini azaltmaq, eləcə də iqtisadiyyatın karbon izini azaltmaqla bağlı əlavə tədbirlər görmək üçün böyük stimul verir. Azərbaycana gəldikdə hökumət 2030-cu ilə qədər 30 % azalma əldə edəcəyini bəyan edib ki, bu da 2030-cu ilə qədər enerjinin bərpa olunan mənbələrdən əldə edilməsi deməkdir”, - o bildirib.

Y.Jukovun sözlərinə görə, ADB bu məsələdə Azərbaycan hökuməti ilə çox sıx əməkdaşlıq edir. (report)


SON XƏBƏRLƏR

17 May 2024