• Bakı 23° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ərdoğan İspaniyaya gedəcək

SİYASƏT

03 Iyun 2024 | 10:18 | Müəllif: Gülşən Şərif

Ərdoğan İspaniyaya gedəcək

"Bayramdan əvvəl İspaniyaya səfər edəcəyik".

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu III Məşvərət və Qiymətləndirmə Toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Həmas və Fələstin hökuməti ilə sıx dialoq aparır:

"Müstəqil Fələstin dövlətinin tanınması səylərini qətiyyətlə dəstəkləyirik. Fələstini tanıyan ölkələrin sayı İspaniya, İrlandiya və Norveçlə birlikdə 147-yə yüksəlib. Bu artım sayı İsrailin işğal və zülm siyasətinə ən müsbət cavablardan biri olacaq. Bu yaxınlarda hər üç ölkənin baş nazirlərinə zəng edib tarixin doğru tərəfində olduqlarına görə təbrik etdik. Bayramdan əvvəl isə İspaniyaya səfər edəcəyik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026