• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gürcüstan qalmaqallı qanunu təsdiqləməklə göstərdi ki... - AÇIQLAMA

SİYASƏT

03 Iyun 2024 | 14:46 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstan qalmaqallı qanunu təsdiqləməklə göstərdi ki... - AÇIQLAMA

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minib.

Bakıvaxtı.az-ın məlumatına görə, parlamentin sədri Şalva Papuaşvili qanunu imzalayıb. Papuaşvili bildirib ki, qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir:

"Bu gün qanun layihəsini imzaladım. Qanunun yanaşması sadə və aydındır. Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidir - əhali hər bir aktorun arxasında kimin dayandığını bilməlidir”.

Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib. Qanun layihəsinə əsasən büdcəsinin 20 faizindən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları “xarici qüvvənin maraqlarını həyata keçirən” təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir. Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gürcü xalqı nə qədər qürurlu olduğunu bir daha göstərdi. 

Professorun sözlərinə görə, prezident Salome Zurabişvili Qərbin adamıdır: 

"Hesab edirəm ki, Gürcüstan dövlətinin xeyrinə olan qərarı parlament təsdiqlədi. Bu qanun ABŞ-də çoxdan fəaliyyət göstərir. Qərb ölkələrini anlamaq olmur. Necə olur ki, ABŞ və Fransa özü qəbul edəndə yaxşı qanun olur, amma Gürcüstan qəbul edəndə pis olur?! Bu, anlaşılmaz və ziddiyyətli yanaşmadır. Gürcüstan hökuməti həmin qanunu qəbul etməklə xarici agentlərin ölkədəki fəaliyyətini blokladı. Bütün hallarda ölkədə baş verənlər, etiraz aksiyaları və səslənən şüarlar Gürcüstanı daha da güclənəcək, xalqı bir araya gətirəcək və oktyabr seçkilərində "Gürcü Arzusu" hakimiyyətini qoruyub saxlayacaq. Qarşıdurma elə həddə çatmayacaq ki, ölkədə dövlət çevrilişi baş versin". 

Cümşüd Nuriyev: Gürcülər fərqinə vardı ki, ABŞ öz partnyorlarını yarı yolda qoyan ən etibarsız tərəfdaşdır

Həmsöhbətimiz vurğulayıb ki, Gürcüstan xalqı Mixail Saakaşvilinin timsalında Qərbin, ABŞ və Avropanın reallıqda nəyə qadir olduğunu, əsl məqsədini gördü: 

"Rusiya ilə müharibə Abxaziya və Cənubi Osetiyanın itirilməsinə gətirib çıxardı. Rus qoşunu Tbilisinin 30-40 kilometrliyinə kimi gəlib çıxdı. Yəni baş verənlər gürcülərə heç nə qazandırmadı, əksinə itkiləri oldu. Ötən illər ərzində ABŞ və Avropa İttifaqı Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı Rusiyaya qarşı heç bir addım atmadı. Gürcülər fərqinə vardı ki, ABŞ öz partnyorlarını yarı yolda qoyan ən etibarsız tərəfdaşdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR