• Bakı 27° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bu deputatların namizədliyi irəli sürülməyəcək - FOTO

SİYASƏT

03 Iyul 2024 | 13:51

Bu deputatların namizədliyi irəli sürülməyəcək - FOTO

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.

Qeyd edək ki, S.Novruzov II, III, IV, V və VI çağırış deputatı olub. O, parlamentin Regional məsələlər komitəsinin sədri idi. S.Hüseynova isə IV, V və VI çağırış deputatı olub. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvü idi.


SON XƏBƏRLƏR