• Bakı 20° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

"Aşk-ı Memnu" dönür: Bihter bəlli... Behlül kim olacaq?

MƏDƏNİYYƏT

16 Yanvar 2023 | 17:20 | Müəllif: Qalib İbrahimoğlu

"Aşk-ı Memnu" dönür: Bihter bəlli... Behlül kim olacaq?

"Aşk-ı Memnu" əfsanəsi davam edir.

Bakıvaxtı.az xatırladır ki, Kıvanç Tatlıtuğ və Beren Saatın rol aldığı film yenidən çəkilir. Belə ki, "Aşk-ı Memnu"dakı Bihter obrazının hekayəsi "Bihter" adı ilə filmə köçürülür.

TAFF Pictures filmi Netflix üçün istehsal edəcək. “Bihter” filmində baş rolu Farah Zeynep Abdullahın canlandıracağı açıqlanıb.

Filmin rejissoru Mehmet Binay və Farah Zeynep Abdullahın məşhur "Bergen" filminin rejissoru Caner Alper olacaq. Hazırlıqlanına başlanılan filmin ekran işində Merve Göntemin imzası var.

Martda və ya ən geci apreldə çəkilişi planlaşdırılan filmin kim tərəfindən nəzərdə tutulduğu da müzakirə olunub.

Birsen Altuntaşın xəbərinə görə; Behlül rolu üçün nəzərdə tutulan adlar arasında Ekin Koç, Serkan Çayoğlu, Tolga Sarıtaş, Çağlar Ərtoğrul, Alp Navruz, Halit Özgür Sarı, Boran Kuzum və Deniz Can Aktaş da var.

Aktyorlarla sınaq çəkilişlərindən sonra Behlülə kimin həyat verəcəyi bəlli olacaq.

Ay Tac


"Aşk-ı Memnu" dönür: Bihter bəlli... Behlül kim olacaq?"Aşk-ı Memnu" dönür: Bihter bəlli... Behlül kim olacaq?"Aşk-ı Memnu" dönür: Bihter bəlli... Behlül kim olacaq?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR