• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Təranə qızını qucağında bacısı ilə dilənçiliyə vadar edib" - VİDEO

MƏDƏNİYYƏT

15 Fevral 2023 | 15:09

"Təranə qızını qucağında bacısı ilə dilənçiliyə vadar edib" - VİDEO

Ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladları sığınacağa yerləşdirilib. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə  aparıcı Tarix Vəliyevin (Tolik) verilişində məlumat verilib. Bildirilir ki, prodüserin iki azyaşlı qızı dövlət himayəsinə verilib. 

Məsələ ilə bağlı  "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Təranə övladlarına qarşı şiddət göstərirmiş:

"Bir müddət əvvəl Təranə Səmədovanın qonşularından şikayət gəldi ki, o övladlarına şiddət göstərir, azyaşlılar acınacaqlı vəziyyətdə yaşayırlar".

Bununla yanaşı, Tolik proqramda Təranənin 13 yaşlı qızını diləndirdiyini açıqlayıb: 

"Təranə elə bir vəziyyətdə olub ki,  övladını dilənçiliyə məcbur edib. Hətta 7 aylıq körpəsini onun qucağına verərək, evlərinin önündə diləndirirmiş". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026