• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Nailə İslamzadə "Azərsu"dan şikayət etdi

MƏDƏNİYYƏT

17 Mart 2023 | 13:43

Nailə İslamzadə "Azərsu"dan şikayət etdi

Tanınmış tele-aparıcı, Əməkdar artist Nailə islamzadə "Azərsu" Səhmdar Cəmiyyətindən şikayət edib. 

Bakıvaxtı.az xəbər verir ki, aparıcı sularının heç bir xəbərdarlıq edilmədən kəsildiyini bildirib: 

"Bir də görürsən qəflətən su kəsildi və ya səhər oyanırsan su gəlmir. Anlayırıq, təmir işləri gedə, qəza ola bilər, amma əhaliyə xəbərdarlıq edin, lütfən. "O ərazidəki binalara elan asın" deməkdən yoruldum. Su kəsiləndən, şikayətlərdən sonra elan verilir ( o da verilsə). İnternetdə yerləşdirdiyiniz nömrələri də silin, lütfən, “qaynar xətt”dən başqa heç biri cavab vermir (yalnız "Azərsu" deyil, başqa qurumlarda da).

Niyə bura yazdım? ”Qaynar xətt”dəki xanım dedi ki, mətbuat xidmətinin nömrəsini verə bilmərəm.

Elan verəndə isə “suyun verilməsində məhdudiyyət olacaq” yox, “su kəsiləcək və nə vaxt veriləcək bilmirik" yazısını yazın", - Əməkdar artist "Facebook"da qeyd edib.

Əməkdar artisitin şikayəti ilə bağlı "Azərsu" ASC-dən Bakıvaxtı.az-a bildirilib ki, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 17 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Neftçilər prospekti, Əziz Əliyev, Zərifə Əliyeva küçələrinə və İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026