• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağalar Bayramovun səhhətilə bağlı YENİ XƏBƏR

MƏDƏNİYYƏT

14 Fevral 2023 | 11:57

Ağalar Bayramovun səhhətilə bağlı YENİ XƏBƏR

Ehtiyatsızlıqdan yıxılaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın tanınmış qiraətçisi, Əməkdar artist Ağalar Bayramovun səhhəti normallaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əməkdar artist özü məlumat verib.

69 yaşlı A.Bayramov bildirib ki, artıq 10 gündür Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alır:

“Dərman, sistem müalicələri alıram. Artıq yaxşılaşıram və ağrılarım da azalır. İlk günlər yüksək təzyiqdən əziyyət çəkirdim. Artıq təzyiqim də normallaşıb. Yəqin ki, bir neçə gün sonra xəstəxanadan evə buraxılacam. Həkimlərimə göstərdikləri diqqət və qayğı üçün minnətdarlığımı bildirirəm”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026