• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Elçinə təqdimat lazım idi, mənə isə yox" - Zamiq

MƏDƏNİYYƏT

15 Mart 2023 | 13:29

"Elçinə təqdimat lazım idi, mənə isə yox" - Zamiq

Müğənnilər Elçin Cəfərov və Zamiq Hüseynəliyev "Fəlidən doğru xəbər" verilişində qonaq olublar.

Bakıvaxtı.az xəbər verir ki, Zamiq son vaxtlar sənət adamlarının klip təqdimatı keçirməməsindən bəhs edib. O bildirib ki, bunu lazımsız bilir:

"Onları vaxtında elədik. Hərənin bir fikri, yanaşma tərzi var. Kiməsə əziyyət vermək istəmirəm, yığım, deyim klip çəkmişəm. Mənim üçün lazım deyil".

Zamiq aparıcının "Demək istəyirsən ki, Elçinə təqdimat etmək lazım deyildi" sualına "Elçinə lazım imiş ki, etdi. Nə qədər sənətə ara verdi. Türkiyədə çəkilib və məşhur aktrisa rol alıb" cavabını verib. 

Elçin isə "2 il oxumağa ara verdim. Türkiyədə, Azərbaycanda yaşadım. Oxumaq üçün darıxmışdım. İndi cavanların zövqü dəyişib, onların da sevgisini qazanmaq lazımdır. Oxudum, sonra da dedim ki, imkan var, klip də çəkdirim" sözlərini söyləyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026