• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Onlar da ayrılır? - FOTOLAR

MƏDƏNİYYƏT

13 Aprel 2023 | 09:26 | Müəllif: Qalib İbrahimoğlu

Onlar da ayrılır? - FOTOLAR

Ötən ilin avqustunda evlənən Demet Özdemir - Oğuzhan Koç cütlüyünün ayrılmaq qərarına gəldiyi iddia edilir.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 8 aylıq evliliklərini xilas etmək üçün bir çox yolları sınayan cütlüyün razılıq əsasında boşanmaq üçün hərəkətə keçdiyi deyilir.

Məlumata görə, cütlük evliliklərini xilas etmək üçün özlərinə ikinci şans vermək qərarına gəliblər.

Qeyd olunur ki, Demet Özdemir Oğuzhan Koçla birlikdə yaşadığı Leventdəki evi tərk edib. Qərar qəbul edildikdən sonra onlar yenidən bir araya gəliblər.

Amma bu cəhd də uğursuz alınıb. Cütlük arasında yenidən böhran yaranıb. Özdemirin yenidən Koçla qaldığı evdən çıxaraq Zekeriyaköydəki evinə getdiyi iddia edilir.

Cütlüyün yaxın günlərdə boşanmaq üçün məhkəməyə müraciət edəcəyi də xəbərlər arasında ter alıb.

İkili sosial şəbəkədə bir-birini təqib etməyi dayandırıb. İddiaya görə, böhranın səbəbi Oğuzhan Koçun rol yoldaşı Şükrü Özyıldızdan Demet Özdemiri qısqanmasıdır. Cütlüyün tezliklə ayrılıq qərarını açıqlaması gözlənilir.

Murad Məmmədli


Onlar da ayrılır? - FOTOLAROnlar da ayrılır? - FOTOLAROnlar da ayrılır? - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026