• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bəstəkardan "Avroviziya" ilə bağlı SƏRT TƏNQİD

MƏDƏNİYYƏT

12 May 2023 | 13:26

Bəstəkardan "Avroviziya" ilə bağlı SƏRT TƏNQİD

"İlk ildir ki, Avroviziyadan xəbərsizəm. Başım qarışıq olub, izləməmişəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Səhər mərkəzi" proqramında deyib. Bəstəkar Azərbaycanı "Avroviziya" yarışmasında təmsil edən Tural və Turan Bağmanovların məğlubiyyətindən danışıb:

"Fikrimi sərt bildirəcəyəm. Uşaqlar çox istedadlıdırlar, Avropa formatına uyğunlaşdılar. Amma bu, hər kəsə dərs olsun ki, istedadlı olmağın oradakı təqdim edilən materiala aidiyyatı yoxdur. İstedad önəmli deyil, sonda 10 faizdir. 90 fazi təqdim edilən materialdan ibarətdir. Hər kəsə dərs olsun, bu cümləmi də hamı eşitsin: Özfəaliyyət səviyyəsində beynəlxalq layihələrə, eləcə də "Avroviziya"ya yanaşma bununla da bitməlidir. Peşəkarlar, çox ciddi və əvvəlcədən yanaşma olmalıdır. Bizim ilk dəfə təqdim etdiyimiz qədər olmasa da olar, yarısı qədər olmalıdır. Kim istəyir oxusun, mahnı versin, kimi istəyir seçsin olmamalıdır. Azərbaycanın həmin səhnəyə çıxardacaq istedadları var. Düşünürəm ki, gələn il budəfəki boşluğu doldurarıq. Seçilməmənin səbəbi özfəliyyət oldu. Uşaqları başqa cür təqdim etmək olardı. Bizdə muğamı kim ifa etsə də, bizdən yaxşı olmayacaq. Avropa mahnısını da eləcə. Gələn il bu səhvi düzəldəcəyik. Uşaqların günahı deyil, təqdimatdan asılı idi". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026