• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Anam elə bilib ki, avtomobil qəzası keçirtmişəm” - Elza Seyidcahan

MƏDƏNİYYƏT-ŞOU

10 Iyun 2023 | 12:24

“Anam elə bilib ki, avtomobil qəzası keçirtmişəm” - Elza Seyidcahan

“Mədəkiçiltmə əməliyyatı etdirdim. Pəhrizlərin nazı ilə oynamaqdan bezdim. Qoy, indi pəhriz mənim nazımla oynasın. Sağlam həyat tərzinə keçdim”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl mədəkiçiltmə əməliyyatı keçirən Əməkdar artist Elza Seyidcahan “Zaurla Günaydın” səhər şousunda deyib. Müğənni bildirib ki, əməliyyatı ailəsindən gizlədib:

“Əməliyyata getdiyimi nə anam, nə övladlarım bilirdi. Hətta iki gün telefonlarıma cavab vermədim. Həmin ərəfədə hamı məni axtarırdı. Telefonlarım zənglərdən dayanmırdı. Əməliyyat olunan günü saat 4-ə kimi anam mənə zəng vurub, sonra ona deyiblər ki, qızınız əməliyyat olunub. O da elə bilib ki, mən avtomobil qəzası keçirmişəm. Anam pis olub, ağlayıb. Amma deyəndə ki, mədəkiçiltmə əməliyyatı keçirib, lap pis olub. İndi görür ki, necə rahat və sağlamam deyir ki, nə yaxşı əməliyyata getdin”.

E.Seyidcahan, həmçinin əlavə edib ki, məqsədi 55 kiloqram çəkiyə qədər arıqlamaqdır:

“Sonuncu konsertimdə modelyer Leyla Əhmədova geyimləri üzərimə geyindirəndə əsəb keçirirdi. Deyirdi ki, xahiş edirəm, mənə görə yox, özünə görə arıqla. İstəyirəm ki, çəkim 55 kiloqrama qədər düşsün. Səhnədə göstərəcəm, rəqslərim var. Hazırda 75 kiloqram çəkidəyəm”. 


SON XƏBƏRLƏR

25 Aprel 2024