• Bakı 19° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

"Bu da bir utancdır..." - Nigar Şabanova

MƏDƏNİYYƏT

08 Iyul 2023 | 14:52

"Bu da bir utancdır..." - Nigar Şabanova

Türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə qatıldığı toy məclisində Günel Zeynalova ilə eyni səhnəni paylaşmaqdan imtina edib. 

Bakıvaxtı.az xəbər verir ki, Əməkdar artist Nigar Şabanova buna münasibət bildirib. O, Güneli müdafə edərək, telekanallara səslənib:

"Türkiyəli müğənnilər, siz heç zaman bizim qədər güclü ola bilmərsiniz. Bu da bir utanc olsun türk sənətçilərini evlərinin baş guşələrinə otuzduranlara. Ebru Gündeş bizim sənətkarların qarşısında kimdir? Əsla, Günel ilə bir əlaqəm yoxdur, amma onun oxuduğunun yarısını belə "Ebrucuk" oxuya bilməz. Bu isə bir reallıqdır. Güneldə olan qürur sizdə və Ebrunuzda yoxdur. Hər zaman onun bunun kişilərini əlindən alan zavallılarsınız. Eyni ilə də sən, Ebru. Günelin reklama ehtiyacı yoxdur. Ebrunun isə var.

Xalam yaşdadır. 45-dən yuxarıdır yaşı. Ebru nə sənət nümayiş etdirdi ki? Güya nə qeyri-adi oxudu ki? Bizim televiziya kanallarına da dərs olsun. Baxın, görün, müğənnilərini ayağa vermirlər. Biz də qızımızı yem etmərik. "Ebrucuk" yenidən doğulmalıdır Günelə çatmaq üçün".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026