• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Neynirəm sənin ərini, götür başına vur" - Meyxanaçı Samirə kimə əsəbləşdi?

MƏDƏNİYYƏT

07 Avqust 2023 | 10:16

"Neynirəm sənin ərini, götür başına vur" - Meyxanaçı Samirə kimə əsəbləşdi?

Meyxanaçı Samirə Yusifqızı şəxsi həyatı ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, meyxanaçı qonaq olduğu verilişlərin birində ailə həyatından danışıb.

"Həyat yoldaşım dünyasını dəyişəndən sonra münasibət qurduğum şəxs vardı. O, xaricdə yaşayırdı. Aramızda böyük sevgi var idi. Heç vaxt gələ bilmirdi Azərbaycana. İki dəfə mən getmişəm onun yanına. Mən elə indi də onun həsrətini çəkirəm", - deyə meyxanaçı bildirib.

Onun sğözlərinə görə, sözügedən şəxs artıq həyatda deyil: "Bir dava oldu. Həmin vaxtı həyatını itirdi. Münasıbətimizi də hər kəs bilirdi". 

"Toylarda kişilər bizə pul verib, oynamaq istəyəndə bir də görürsən arvadı gəlir, çəkib aparır. Demək istəyirəm ki, sənin ərinə qalmamışıq. Biz sənətçiyik. Bizim dolanışığımız xalqdandır. Yoxsa, neynirəm sənin ərini, götür başına vur. Bunu lazım olanda mikrafon əlimə alıb bütün efirlərdə də deyirəm, çəkinmirəm",- deyə Samirə Yusifqızı qeyd edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026